Bakıda bədii gimnastika üzrə keçirilən "AGF Trophy" beynəlxalq turnirində Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən xüsusi təsis edilmiş mükafatın təqdimetmə mərasimi keçirilib.
Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, "AGF Trophy" kubokuna fərdi proqramda (topla hərəkətlər) Kipr təmsilçisi Vera Tuqolukova layiq görülüb.
Qrup hərəkətləri proqramında isə (5 top) bu mükafatı İsrail komandası əldə edib.
Bizim.Media