Misli Premyer Liqasında 30-cu turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə daha bir görüş baş tutub.
Günün sonuncu matçı “Neftçi” ilə “Qəbələ” arasında olub. Üç qolun qeydə alındığı matç paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.
Turun “Kəpəz” – “Turan Tovuz” oyunu sabah, “Şamaxı” – “Sumqayıt” və “Sabah” – “Qarabağ” görüşləri isə bazar günü keçiriləcək. İlk oyunda isə “Zirə” “Səbail”ə 3:0 hesabıyla qalib gəlib.
Misli Premyer Liqası
30-cu tur
14 aprel
“Neftçi” – “Qəbələ” 1:2
Qol: E.Mahmudov, 61-pen – R.Maçado, 13. İ.Alimi, 24-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad Əhmədov.
Bakı. “Bakcell Arena”. Saat 20:00.
Rəşad Rafiqoğlu, Bizim.Media