“ƏDV geri al” layihəsi tətbiq edildiyi vaxtdan cari ilin aprelinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 412 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin məlumatında bildirilib.
Məlumatda qeyd olunur ki, təkcə bu ilin yanvar-mart aylarında geri qaytarılan ƏDV-nin məbləği 36 milyon manatdan çox olub.
Xatırladaq ki, alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız olduqda ödənilmiş ƏDV-nin 17,5%-i, nağd olduqda isə 5%-i istehlakçılara geri qayıdır.
Bizim.Media