“Keçmiş təmas xəttindən uzaqda, bir müddət əvvəl 2021-ci il Ermənistan istehsalı olan minaların aşkar edildiyi Laçın rayonunda növbəti mina partlayışı nəticəsində azərbaycanlı mülki şəxs xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, 2020-ci ildən bəri Azərbaycanın mina qurbanlarının sayı 290 nəfərdir.
“Ermənistan dəqiq mina xəritələrini təhvil verməlidir”, - məlumatda deyilir.
Bizim.Media