Rusiya siyasi məmurlar da daxil olmaqla 333 Kanada vətəndaşının ölkəyə girişinə qadağa qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Məlumata görə, Kanada rəhbərliyinin davamlı olaraq Rusiya rəsmiləri, siyasətçiləri, jurnalistləri, ekspertləri və idmançılarına sanksiya tətbiq etdiyi bildirilib.
Bu səbəbdən 333 kanadalı sanksiya siyahısına salınıb və onların Rusiyaya girişinə “daimi” qadağa qoyulub, sözügedən adların siyahısı dərc edilib.
Rusiyanın “qara siyahı”sına müxtəlif səviyyəli siyasətçilər, eləcə də parlament üzvləri, fəallar və idmançılar daxil edilib.
Bizim.Media