Türkiyədən minik avtomobillərinin ixrac həcmi birinci rübdə qiymət baxımından 2 milyard 625 milyon 510 min dollar olub.
Bizim.Media xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Avtomobil Sənayesi İxracatçıları Birliyinin (OİB) məlumatlarına istinadən məlumat yayıb.
2022-ci ilin yanvar-mart aylarında Türkiyədən minik avtomobillərinin ixracı 2 milyard 149 milyon 246 min dollar olub. Belə ki, minik avtomobillərinin ixracında illik artım 22,16 faiz təşkil edib.
Hesabat dövründə Türkiyə istehsalı olan avtomobillər 86 ölkəyə tədarük edilib.
Bizim.Media