"Neftçi"nin futbolçusu Xəyal Nəcəfov icarədə oynadığı klubda qala bilər.
Bizim.Media xəbər verir ki, qərb təmsilçisi onun icarə müddətini uzatmağı planlaşdırır.
Müqavilə ilə "Neftçi"yə məxsus olan yarımmüdafiəçinin Bakı klubu ilə daha bir illik müqaviləsi qüvvədədir. Qərb klubunda bu mövsüm effektiv oyun göstərən Nəcəfovun xidmətində daha bir neçə klub maraqlı olsa da, "Turan Tovuz" onun icarə müddətini daha bir illik artırmaq istəyir.
Rəşad Rafiqoğlu, Bizim.Media