Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətovun vida mərasiminə əklil göndərib.
Bizim.Media xəbər verir ki, əklil mərhumun Akademik Milli Dram Teatrında keçirilən vida mərasimi zamanı nəşinin önünə qoyulub.
Vida mərasimindən sonra mərhum II Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, Azərpaşa Nemətov aprelin 9-da 75 yaşında dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media