İran Milli Bankının (Bank Melli İran) Bakı filialına məxsus əmlaklar satışa çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Söhbət müxtəlif vaxtlarda bankın balansında toplanan yaşayış (mənzil) və qeyri yaşayış sahələridən gedir.
Ümumilikdə satışa 3 mənzil və 6 qeyri-yaşayış obyektləri, o cümlədən “Babək Plaza”da İran Bankına məxsus olan ofis sahələri satışa çıxarılıb.
Bizim.Media