Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Sputnik Armenia məlumat yayıb.
Telefon danışığı zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktybar 2022-ci il tarixli üçtərəfli bəyanatların icrası, o cümlədən regional nəqliyat infrastrukturunun açılması müzakirə edilib.
Danışıqlarda Laçın yolundakı vəziyyət də müzakirə olunub.
Bizim.Media