İranın Gilan əyalətinin Ənzəli şəhərindən olan 74 yaşlı tanınmış rejissor Kiyumərs Purəhməd intihar edib.
Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.
Bildirilib ki, İranın SEPAH və hakimiyyətə bağlı mediası rejissorun ürək çatışmazlığından dünyasını dəyişdiyini iddia etsələr də, onun yaxınları bunu təkzib ediblər.
Onlar rejissorun ölkədə baş verən hadisələrdən və hakim durumdan sarsıldığını deyiblər.
Sənət adamının depressiya keçirdiyi və bu səbəbdən 8 səhifəlik intihar məktubu yazdıqdan sonra özünə qəsd etdiyi bildirilir.
Bizim.Media