Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Azərbaycana işləyir.
Bizim.Media xəbər verir ki, Ermənistanın “Hraparak” qəzetində belə başlıqlı məqalə dərc olunub.
Nəşr yazır ki, bu günlərdə 44 günlük müharibə zamanı 11 min hərbçinin ordudan fərarilik etdiyini bildirən Akopyanın sözlərinə Ermənistan ictimaiyyəti mənfi reaksiya verib.
Qəzet bütün siyahının ad-soyadla dərc olunmasını, hər kəsin məsuliyyətə cəlb edilməsini və qaçanların necə sayıldığını izah etməyi tələb edib.
Nəşrin qənaətinə görə, Akopyan erməni ordusunu gözdən salır:
"O, həmçinin xarici agentdir və Azərbaycana işləyir".
Bizim.Media