İranda hicab qaydalarına əməl edilmədiyi üçün yüzlərlə iş yeri bağlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azad İran" Telegram Telegram kanalı yayıb.
Mənbə yazır ki, İranın Mazandaran əyalətində 338 iş yeri məcburi hicab qaydalarına riayət etməyən müştərilərə xidmət göstərdiyi üçün bağlanıb.
Qeyd edək ki, son bir ay ərzində oxşar məsələlər üzündən 2000-dən çox irili-xırdalı iş yerinə xəbərdarlıq edilib.
Artıq İranın müxtəlif bölgələrində yüzlərlə iş yeri və ticarət mərkəzi məcburi hicab qaydalarına riayət etmədiyi və musiqi səsləndirdiyi üçün qapadılıb.
Bizim.Media