İranda "WhatsApp" təsdiq SMS-lərinin alınması bəzi operatorlar tərəfindən bloklanıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb.
Bildirilib ki, "WhatsApp"ı silməklə iranlı istifadəçilər tətbiqi yenidən quraşdıra və təsdiq SMS-i ala bilməyəcəklər.
Bununla da istifadəçilər bu proqramla həmişəlik vidalaşmalı olacaqlar.
Bizim.Media