Uşaqlarda epilepsiyanı necə müəyyən etmək olar? – Bu əlamətlərə DİQQƏT

“Uşaqlarda qıcolmaların və ya epilepsiyaların səbəbi müxtəlifdir. Genetik səbəblər, baş zədələri, beyin və onun örtüklərinin infeksiyaları, beyində oksigen çatışmazlığı və digər səbəblər var. Səbəbi tapmaq üçün epilepsiyanın sidromunu müəyyən etmək və neyroradioloji müayinənin nəticələri vacibdir”.

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Kamran Salayev deyib.

Həkim bildirib ki, uşaqlıq dövrünə aid olan bir çox epilepsiya sindromları xoşxassəli xarakter daşıyır. Yəni onlar yetkinlik yaşına qədər davam etmir, uşağın inkişafı və intellekti, adətən normal olur: 

“Bu sindromların səbəbi genetik amillərə bağlıdır. Tutmaların proqnozu yalnız qismən onların səbəbindən asılıdır. Məsələn, iki uşaq eyni bakteriyaya yoluxa bilər və hər ikisində menengit, beyin və onurğa beynini əhatə edən qişanın infeksiyası var. Bir uşaq ağır epilepsiyalı olaraq qalır, digər uşaq isə heç vaxt qıcolma keçirmir. Bunun səbəbi tam aydın deyil. Burda genetik (irsi) amillər və infeksiyanın xüsusiyyətləri rol oynaya bilər”.

Uşaqlarda epilepsiyanın hansı yaşda müşahidə edilməsinə gəlincə, həkim bildirib ki, epileptik tutmanı tanımaq həmişə asan olmur:

“Bütün tutmalar konvulsiyalar ilə (qeyri-adi əzələ hərəkətləri) müşayiət olmur. Uşaq sadəcə donub bir nöqtəyə baxır və ya müraciətə əhəmiyyət vermirmiş kimi görünə bilər. Tutma ancaq bir neçə saniyə çəkə bilər. Bundan sonra uşağın beyni normal vəziyyətinə qayıdacaq. Zaman keçdikcə, tutmalar davam edərsə, vəziyyət daha ciddi həddə gələndə valideyn onu hiss edə bilər.

Yenidoğulmuş uşaqlarda və körpələrdə tutmaları müəyyən etmək xüsusilə çətindir, çünki onlar sizə necə hiss etdiklərini deyə bilməzlər. Onların hərəkətləri də çox vaxt məqsədsiz kimi görünür və bəzən böyüklər epileptik tutmanı müəyyən etməkdə çətinliklər yaşaya bilərlər.
Valideynlər, müəllimlər və uşaqlara qulluq edən digər böyüklər epilepsiya əlamətlərinin nə olduğunu bilməlidirlər. Bu əlamətlərin bir çoxunun uşaqlıq dövründə normal davranış olduğunu qeyd etmək vacibdir. Lakin həmin əlamətlər tez-tez baş verərsə və qeyri-adi görünürsə, həkimə müraciət olunmalıdır”.

Mütəxəssis onu da vurğulayıb ki, hər epileptik tutma epilepsiya xəstəliyi deyil. Belə ki, yüksək hərarət və müəyyən xəstəliklər də tutmalara səbəb ola bilər. Məsələn:

• Qısa diqqət pozulması, çaşqın davranış, yaddaş boşluqları, donub qalma;

• Ani yıxılma və tez-tez büdrəmə;

• Sürətli səksənmə kimi təkrarlanan, qeyri-adi hərəkətlər;

• Ani mədə ağrısı, ardınca qarışıqlıq və yuxululuq;

• Qeyri-adi yuxululuq;

• Əşyaların görünüşü, səsi, dadı, qoxusu dəyişirsə və ya "gülməli"; hiss etdiyinə dair tez-tez şikayətlər

• Qəfil, təkrarlanan qorxu və ya qəzəb

Həkim bildirib ki, bu əlamətlərdən hansısa biri təkrar-təkrar baş verirsə, mütləq həkimə müraciət edilməlidir. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İdman zalı ayaq yolundan daha mikropludur

İdman zalı ayaq yolundan daha mikropludur

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

Ceyhunun avtomobili YANDI

Ceyhunun avtomobili YANDI

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Bu ətlərin qiymətində UCUZLAŞMA

Bu ətlərin qiymətində UCUZLAŞMA

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

“Barselona” “Nou Kamp”a qayıda bilmir

“Barselona” “Nou Kamp”a qayıda bilmir

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

“Benfika”-“Qarabağ”: Start heyətlər AÇIQLANDI

“Benfika”-“Qarabağ”: Start heyətlər AÇIQLANDI

Aİ İsrailin gömrük rüsumundan azad rejimini DAYADIRIR

Aİ İsrailin gömrük rüsumundan azad rejimini DAYADIRIR

End of content

No more pages to load

RADİO