Həkəri və Bərgüşadın su ehtiyatı hesabına əhalinin TƏLƏBATI ÖDƏNİLƏCƏK

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarında “Hidroloq” MMC-nin rəhbəri, əməkdar mühəndis, texnika elmləri doktoru Əhməd Məmmədovun “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarındakı çayların su ehtiyatı və yaşıl enerji potensialından inteqrasiyalı istifadə” mövzusunda məruzəsi dinlənilib.

İnstitutdan Bizim.Media-ya verilən xəbərə görə, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisindəki Həkəri və Bərgüşad çaylarını tədqiq edərək imkanlarını analiz edən hidroloq alimin sözlərinə görə bu çayların su ehtiyatı hesabına anbarlar yaratmaqla əhalinin suya olan tələbatını ödəmək mümkündür. 

O bildirib ki, Həkəri çayını əmələ gətirən Şəlvə və Hocazsu çaylarının birləşdiyi yerdə həcmi 70.0 mln m3-ə qədər olacaq "Həkəri" su anbarı yaratmaqla onun su ehtiyatından 4.0 mln nəfərə qədər əhalini yüksək keyfiyyətli içməli su ilə təmin etmək olar. 

Həmin anbardan gələn "Həkəri-Ağdam" su kəməri Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan, Ağcabədi, Ağdam və Kür-Araz ovalığında yerləşən yaşayış məntəqələrini keyfiyyətli içməli su ilə təmin etməyə imkan verəcək.

Həmçinin Füzuli rayonu ərazisində tikiləcək Cuvarlı su anbarından Bakı şəhərinə də özüaxar rejimdə içməli suyun ötürülməsi mümkün olacaq.

Füzuli şəhəri və onun ətrafında yaşayacaq 100.0 min nəfərdən artıq əhalinin tələbatını ödəmək, şəhərdə yerləşən sənaye sahələrinin və yaşıllıqların suvarılması üçün təxminən 350-600 1/san sərfində suya olan ehtiyacı təmin etmək məqsədi ilə ümumi həcmi 35.0 mln kub metrə çatacaq "Qurucay" su anbarının tikilməsi və həmin anbardan götürülən suyun izafi təzyiqindən istifadə etməklə gücü 1.2 Mvt olan "Füzuli" Su Elektrik Stansiyasının da yaradılması da nəzərdə tutulub.

Hazırlanmış 19 hidravliki sxemə əsasən təzyiqli su kəməri üzərində bir neçə yerdə ümumi gücü 15.0 Mvt olan su elektrik stansiyalarının yaradılması nəzərdə tutulub ki, bu da 100 min nəfərə qədər əhalinin il boyu elektrik enerjisinə olan tələbatın ödəməyə imkan verəcək.
Ə.Məmmədov deyib ki, əsasən Ermənistan ərazisində formalaşaraq Respublika ərazisinə daxil olan Bərgüşad çayının su ehtiyatlarından daha səmərəli istifadə olunması üçün həcmi 50.0 mln m3-a qədər olacaq "Bəxtiyarlı" su anbarının tikilməsi məqsədəuyğundyr: “Bərgüşad çayının hidroenerji potensialından səmərəli istifadə etməklə gücü 10.5 Mvt olacaq "Bəxtiyarlı-l" SES-in tikilməsi nəzərdə tutulub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Laricaninin yeri belə “müəyyən edilib”

Laricaninin yeri belə “müəyyən edilib”

End of content

No more pages to load

RADİO