Ermənistan Azərbaycanla sülhün əldə olunmasında və müqavilə imzalanmasında maraqlıdır.
Bizim.Media "Sputnik Ermənistan" nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan İsveç parlamentinin İsveç-Ermənistan dostluq qrupunun sədri Byorn Söderin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
"Ermənistan hökumətinin və onun hakimiyyətinin bir məqsədi var - regionda sülhə nail olmaq və danışıqlar yolu ilə Azərbaycanla yekun sülh müqaviləsi imzalamaq", - Xaçaturyan bildirib.
Onun sözlərinə görə, İrəvan region ölkələri ilə mehriban qonşuluq münasibətlərini qurmaq, kommunikasiyaların və sərhədlərin açılmasını istəyir.
Bizim.Media