Silahlı Qüvvələrimizin Laçın rayonunda yeni mövqe tutması nəticəsində “Böyük və Kiçik Sünik abidəsi” Azərbaycan tərəfinin nəzarətinə keçib.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı təəssüflə yazır.
Mənbə qeyd edir ki, ermənilər son anda yalnız xaçkarı “abidə”dən yığışdıra biliblər.
Qeyd edək ki, erməni ekspansionistlərinin terminologiyasında “kiçik Sünik” Azərbaycanın Qarabağ bölgəsidir və memorial “Sünik (Zəngəzur) və “Arsax”ın (Qarabağdakı qondarma rejim) taleyinin birliyini” simvolizə edirdi.
Bizim.Media