Azərbaycan cüdoçusu Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə gümüş medal qazanıb.
Bizim.Media xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Mattias Kasseni (Belçika) məğlub olub.
73 kq-dakı Hidayət Heydərov bürünc medala sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Nurlan Osmanova qalib gəlib.
Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq.


Rəşad Rafiqoğlu, Bizim.Media