Cavid Qurbanova yeni vəzifə verildi - FOTO

Aprelin 1-də Azərbaycan Atletika Federasiyasının növbədənkənar konfransı keçirilib.

Bizim.Media xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.  

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Konfransın gündəliyi təsdiqləndikdən sonra federasiyanın prezidenti Çingiz Hüseynzadə hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub.
Sonra Çingiz Hüseynzadə 1996-cı ildən federasiyaya rəhbərlik etdiyini qeyd edib və Olimpiya Hərəkatındakı fəaliyyətinə daha çox diqqət ayırmaq məqsədilə vəzifəsindən istefa verdiyini bildirib: “Federasiyadan istefa versəm də idmandan getmirəm”.

Səsvermə ilə Ç.Hüseynzadənin istefası qəbul edilib. Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Azərbaycan Atletika Federasiyasının yeni prezidenti seçilib.  

C.Qurbanov göstərilən etimada görə təşəkkür edib və bildirib ki, bundan sonra atletikanın inkişafı üçün əlindən gələni edəcək. O həmçinin federasiyanın bundan əvvəlki rəhbərliyinə də ötən dövrdəki fəaliyyətinə görə təşəkkür edib.  

Konfransda həmçinin Müşfiq Tukanov və Könül Nurullayeva vitse-prezident, Şəlalə Yaqubova, Bülənt Karani, Nazim Babayev və Rauf Qasımzadə İdarə Heyətinin üzvü seçiliblər. 

Qeyd edək ki, Cavid Qurbanov həm də voleybol federasiyasının prezidentidir. Yeni vəzifəsindən sonra onun Voeybol Federasiyasında qalıb-qalmayacağı hələ bilinmir. 



Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BMT İrana XƏBƏRDARLIQ ETDİ

BMT İrana XƏBƏRDARLIQ ETDİ

Eldar Mansurov mahnısını oxuyan Levent Yüksellə GÖRÜŞDÜ - FOTO

Eldar Mansurov mahnısını oxuyan Levent Yüksellə GÖRÜŞDÜ - FOTO

“Ayntraxt” Bakıya gəldi - VİDEO

“Ayntraxt” Bakıya gəldi - VİDEO

Qarabağda bu sahələrə işçi axtarılır: 1000- 1584 manat... - SİYAHI

Qarabağda bu sahələrə işçi axtarılır: 1000- 1584 manat... - SİYAHI

Türkiyənin Suriya ilə sərhəddində ölkə bayrağı endirildi - VİDEO

Türkiyənin Suriya ilə sərhəddində ölkə bayrağı endirildi - VİDEO

Türkiyədə Cümhuriyyət Qülləsində Azərbaycan bayrağı proyeksiya olundu - FOTO

Türkiyədə Cümhuriyyət Qülləsində Azərbaycan bayrağı proyeksiya olundu - FOTO

Mehriban Əliyeva Prezidentin Davosda iştirak etdiyi panel iclasdan paylaşım etdi - FOTO

Mehriban Əliyeva Prezidentin Davosda iştirak etdiyi panel iclasdan paylaşım etdi - FOTO

Yolda uzanıb təhlükəli vəziyyət yaratdı - VİDEO

Yolda uzanıb təhlükəli vəziyyət yaratdı - VİDEO

"Mançester Yunayted"in yeni baş məşqçi namizədi BƏLLİ OLDU

"Mançester Yunayted"in yeni baş məşqçi namizədi BƏLLİ OLDU

Otellərdəki Wi-Fi-dan heç vaxt istifadə etməyin: Mütəxəssislər səbəbini izah edir

Otellərdəki Wi-Fi-dan heç vaxt istifadə etməyin: Mütəxəssislər səbəbini izah edir

Yasamalda buzlu yol qəza yaratdı, yol bağlandı - FOTO

Yasamalda buzlu yol qəza yaratdı, yol bağlandı - FOTO

Ukraynanın Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ukraynanın Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

“Beşiktaş”ın legioneri “Benfika”ya KEÇİR

“Beşiktaş”ın legioneri “Benfika”ya KEÇİR

Paytaxtda sıxlıq aradan qaldırıldı - FOTO/YENİLƏNİB

Paytaxtda sıxlıq aradan qaldırıldı - FOTO/YENİLƏNİB

İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb - FOTO/VİDEO

İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb - FOTO/VİDEO

Sabah Babək rayonunda qaz olmayacaq

Sabah Babək rayonunda qaz olmayacaq

Azərbaycan və Ermənistanın biznes dairələri görüşəcək - Xaçatryan açıqladı

Azərbaycan və Ermənistanın biznes dairələri görüşəcək - Xaçatryan açıqladı

Vernidub bu futbolçunu “Neftçi”də SAXLADI

Vernidub bu futbolçunu “Neftçi”də SAXLADI

Ermənistan Prezidenti: “Cənab İlham Əliyevin fikirlərinə nə isə əlavə etmək çətindir” - VİDEO

Ermənistan Prezidenti: “Cənab İlham Əliyevin fikirlərinə nə isə əlavə etmək çətindir” - VİDEO

Şair Qərib Mehdi 90 yaşında VƏFAT ETDİ

Şair Qərib Mehdi 90 yaşında VƏFAT ETDİ

Bakıya ilin ilk qarı yağır - VİDEO

Bakıya ilin ilk qarı yağır - VİDEO

ABŞ İranla bağlı hücum hazırlığını GÜCLƏNDİRİR

ABŞ İranla bağlı hücum hazırlığını GÜCLƏNDİRİR

Elşənlə İlkinin paylaşımı izləyiciləri TƏSİRLƏNDİRDİ - FOTO

Elşənlə İlkinin paylaşımı izləyiciləri TƏSİRLƏNDİRDİ - FOTO

“Qarabağ” “Ayntraxt”la oyunun hazırlığını başa vurdu - FOTO

“Qarabağ” “Ayntraxt”la oyunun hazırlığını başa vurdu - FOTO

End of content

No more pages to load

RADİO