Misli Premyer Liqasında 28-ci turun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, bu gün üçün nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. “Kəpəz” “Səbail”i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
Yeganə qolu Abdulayi Şuaybu vurub. Turnir cədvəlində 3-cü pillədəki "Neftçi" 4cü yerdəki "Zirə" ilə qarşılaşacaq.
Qeyd edək ki, tura sabah yekun vurulacaq. 1 aprel 15:30. “Kəpəz” – “Səbail” - 1:0 Qol: Abdullahi Şuaybu, 69
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu
Reallaşdırılmayan penalti: "Kəpəz"in futbolçusu Ahmed Ayzayanın 66-cı dəqiqədə penalti zərbəsini "Səbail"in qapıçısı Emil Balayev dəf edib.
Gəncə şəhər stadionu
19:30.“Zirə” – “Neftçi”