"Tirana"nın futbolçusu Florent Hasani karyerasını Azərbaycanda davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Albaniya mətbuatı məlumat yayıb.
24 yaşlı forvardla “Qarabağ”ın maraqlandırğı deyilir. Futbolçuya Türkiyə klublarından da maraq var. Hücumçunun mövsümün sonunda klubu tərk edəcəyi ehtimal edilir.
"Transfermarkt"da dəyəri 400 min avro olan Hasani bu mövsüm yerli çempionatda 14 qol vurub. Forvard Kosovo yığmasının da üzvüdür.
Mövsümün əvvəlində "Tirana"nın hücumçusu Redon Cica "Qarabağ"a keçib.
Rəşad Rafiqoğlu, Bizim.Media