Azərbaycanı bu il “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək zaqatalalı Tural və Turan Bağmanov qardaşları apreldə üç ölkədə çıxış edəcəklər.
Bizim.Media xəbər verir ki, təmsilçilərimiz aprelin üçündə İsrailin paytaxtı Tel-Əvivdə səhnəyə çıxacaq.
Aprelin 15-də Bağmanovlar Amsterdamda, “Avroviziya” konsertində də yer alacaq. Aprelin 16-da isə Londonda baş tutacaq “Avroviziya” partisində iştirak edəcəklər.
Qeyd edək ki, bu il Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq.
Təmsilçilərimiz sözügedən yarışmada “Tell me more” balladası ilə birinci yarımfinalda çıxış edəcəklər.
Rəşad Əliyev, Bizim.Media