Azərbaycan bu il 24,5 mlrd. kubmetr qaz ixrac edəcək - FOTO

Energetika naziri Pərviz Şahbazov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin üçüncü iclasında iştirak edib.

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, iclasda çıxış edən nazir Azərbaycan Prezidentinin təşəbbüsü ilə Ankarada Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsini türk dövlətləri arasında yüksək həmrəyliyin göstəricisi kimi qeyd edib.

Bildirilib ki, münasibətlərin yeni səviyyəyə yüksəldilməsinə dövlət başçılarının ortaq strateji baxışları, son dövrlərdə intensivləşən təmasları, çoxvektorlu əməkdaşlığın yol xəritəsini müəyyənləşdirən tarixi əhəmiyyətli səfərləri töhfə verməkdədir.

Nəticədə bu gün münasibətlərimizin xarakterini qardaşlıq, dostluqdan əlavə strateji tərəfdaşlıq və müttəfiqlik müəyyənləşdirir.

Çıxışda türk dövlətlərinin mənəvi birliyinin siyasi-iqtisadi tərəfdaşlıqlarla möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs olunub. Təşkilata üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 42,7% artaraq 7,2 milyard dolları ötdüyü, bu ölkələrin iqtisadiyyatımıza 14,3 milyard dollar, Azərbaycanın isə bu dövlətlərə 21 milyard dollardan çox investisiya qoyduğu qeyd edilib.
Enerji əməkdaşlığının inkişafının əhəmiyyəti isə ölkələrimizin rifahı və Avrasiyada enerji təhlükəsizliyi aspektində dəyərləndirilib. Bildirilib ki, TANAP və TAP istismara veriləndən indiyə kimi Türkiyəyə 20,9 milyard kubmetr, Avropaya isə 22 milyard kubmetr Azərbaycan qazı tədarük edilib.

Bu il 24,5 milyard kubmetr gözlənilən qaz ixracımızın 10,2 milyard kubmetrinin Türkiyəyə, 12 milyard kubmetrə yaxın həcmin isə Avropaya tədarükü nəzərdə tutulur.

Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığımızın isə Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyi layihələrinin genişləndirilməsi, Azərbaycanın “yaşıl enerji”nin tədarükçüsünə çevrilməsi ilə bərabər türk dövlətləri arasında enerji əməkdaşlığına da yeni impuls verdiyi vurğulanıb:

“Dekabrda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin və bu ilin yanvarında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumunun imzalanması imkan verir ki, Macarıstan yeni mənbədən təbii qaz və elektrik enerjisi ilə təmin edilsin.

Xəzəri Avropaya birləşdirən “yaşıl enerji” dəhlizinin Azərbaycan başlanğıc nöqtəsidirsə, Macarıstan son məntəqəsidir. Lakin hesab edirik ki, Macarıstan gələcəkdə bu dəhlizi yeni ölkələrə genişləndirən, “yaşıl enerji”nin tranzit qovşağı olacaq”.

BTC ilə illik 1.5 milyon ton Qazaxıstan neftinin dünya bazarlarına nəqlinə, Özbəkistanla yeni layihələrə başlanması, həmçinin Türkmənistanla enerji sahəsində üçtərəfli formatda əməkdaşlığa dair sənədin imzalanması da mühüm irəliləyişlər kimi qeyd edilib. Türk dövlətləri Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi prosesində iştiraka dəvət edilib.
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Macarıstan,Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi dövlətlərdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Neftçi”dən gedən hücumçu bu kluba KEÇDİ

“Neftçi”dən gedən hücumçu bu kluba KEÇDİ

Zaurdan Xalq artistinə: “70 illiyini Lalənin verilişində qeyd etdiyin üçün küsdüm” - VİDEO

Zaurdan Xalq artistinə: “70 illiyini Lalənin verilişində qeyd etdiyin üçün küsdüm” - VİDEO

İlin ən yaxşı klubu PSJ SEÇİLDİ

İlin ən yaxşı klubu PSJ SEÇİLDİ

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham edərkən Ərdoğanın “səsi kəsildi” - ANBAAN VİDEO

BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham edərkən Ərdoğanın “səsi kəsildi” - ANBAAN VİDEO

"Qızıl top"un sahibi MÜƏYYƏNLƏŞDİ

"Qızıl top"un sahibi MÜƏYYƏNLƏŞDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

“Turan”da serbiyalı voleybolçu

“Turan”da serbiyalı voleybolçu

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

“Lev Yaşin” mükafatının qalibi BİLİNDİ

“Lev Yaşin” mükafatının qalibi BİLİNDİ

İlham Əliyev Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti ilə görüşüb - FOTO

İlham Əliyev Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti ilə görüşüb - FOTO

İlin ən yaxşı gənc futbolçusu MƏLUM OLDU

İlin ən yaxşı gənc futbolçusu MƏLUM OLDU

Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Sea Breeze and Real Estate” panel sessiyası keçirildi - FOTO

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Sea Breeze and Real Estate” panel sessiyası keçirildi - FOTO

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra öldü

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra öldü

İlin ən yaxşı məşqçisi müəyyənləşdi - FOTO

İlin ən yaxşı məşqçisi müəyyənləşdi - FOTO

Qaxda 64 yaşlı piyadanı maşın vuraraq öldürdü

Qaxda 64 yaşlı piyadanı maşın vuraraq öldürdü

Fransa Fələstin dövlətini rəsmən TANIDI - VİDEO

Fransa Fələstin dövlətini rəsmən TANIDI - VİDEO

“Tottenhem” bu futbolçu ilə bağlı QƏRAR VERDİ

“Tottenhem” bu futbolçu ilə bağlı QƏRAR VERDİ

Bakıda şadlıq sarayında yanğın baş verdi - FOTO

Bakıda şadlıq sarayında yanğın baş verdi - FOTO

İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşdü - FOTO

İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşdü - FOTO

Prezident və birinci xanım Nyu-Yorkda - VİDEO

Prezident və birinci xanım Nyu-Yorkda - VİDEO

Hüseyndən Orxana CAVAB: Qalmaqal böyüyür - FOTO

Hüseyndən Orxana CAVAB: Qalmaqal böyüyür - FOTO

İlham Əliyev Nyu-Yorkda “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO

İlham Əliyev Nyu-Yorkda “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO

End of content

No more pages to load

RADİO