“Sabah”ın heyətində bu mövsüm ən yaxşılardan biri olan Aleksey Kaşuk paytaxt klubunda icarə əsasənda çıxış edib.
Bizim.Media xəbər verir ki, mövsümün sonunda futbolçunun icarə müqaviləsi başa çatacaq.
“Sabah” isə hücumçunu komandada saxlamaq istəyir. Klub artıq bu istiqamətdə hərəkətə keçib və Kaşuku birdəfəlik transfer etmək üçün futbolçunun müqqvilə ilə məxsus olduğu Donetsk “Şaxtyor”u ilə danışıqlara başlayıb.
Forvardın transfer hüququna yiyələnmək mümkün olmasa, “Sabah” onu ən azından daha bir mövsüm icarəyə götürməyə çalışacaq.
Qeyd edək ki, Aleksey Kaşuk 2022-ci ildən “Sabah”da oynayır.
Rəşad Rafiqoğlu, Bizim.Media