“Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlaması iki ölkə arasında əlaqələrin gücləndirilməsinə mühüm töhfələr verəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında paylaşım edib.
"Dostluq və qarşılıqlı etimad kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-İsrail münasibətləri birgə təşəbbüslərlə daha da zənginləşir",- deyə iqtisadiyyat naziri qeyd edib.
Bizim.Media