Bu gün qadın voleybolçuların Yüksək Liqasında play-off mərhələsi başlayır.
Bizim.Media xəbər verir ki, yarımfinal mərhələsində ilk olaraq “Abşeron” və “Murov” komandaları qarşılaşacaq.
Oyun saat 16:00-da başlayacaq. Bu oyundan sonra isə “Azərreyl” UNEC-lə görüşəcək. Görüşün başlama vaxtı 18:00-dır. Oyunlar Voleybol Mərkəzində keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
