Dünən İsveç - Azərbaycan oyununu TV qarşısında izləyən azarkeşlərdən birinin ürəyi dayanaraq ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə idman şərhçisi Ramiz Mirzəzadə sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, Azərbaycanın 0:5 hesabı ilə məğlub olduğu oyundan sonra azarkeşin əsəb və stressdən ürəyi dayanaraq ölüb.

Rəşad Rafiqoğlu, Bizim.Media