Ermənistanda qeydiyyatda olan “Boeing-737” sərnişin təyyarəsi naməlum şəraitdə İranda peyda olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat “Şedevr+” Telegram kanalında yerləşdirilib.
Mənbə yazır ki, bir neçə gün əvvəl həmin “Boeing-737” Ermənistana enməli idi, ancaq Tehrana eniş edib.
Ekspert Suren Sarkisyan Facebook səhifəsində yazıb ki, İrana qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsinə baxmayaraq, Ermənistanın aviasiya sahəsinin səlahiyyətli şəxslərinin bu addımı atması təəccüblüdür.
Qeyd edək ki, ABŞ istehsalı olan malları İrana satan və ya verən istənilən şirkətə, yaxud dövlətə rəsmi Vaşinqton sanksiya tətbiq edə bilər.
Bizim.Media