Ermənistanda Azərbaycan mədəni irsi dağıdılıb

Qərbi Azərbaycan İcması UNESCO-nun Baş direktoru Odri Azuleyə müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, müraciəti icmanın rəhbər heyəti, Qərbi Azərbaycandan olan ziyalılar, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar imzalayıb. 

Müraciətdə bildirilir:

“Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərindən narahat olaraq və Azərbaycan ictimaiyyətinin UNESCO-ya əvvəlki müraciətlərini təkrarlayaraq, Ermənistandakı azərbaycanlı mədəni irsinin vəziyyətinin monitorinqi üçün faktaraşdırıcı missiya göndərməyinizi bir daha xahiş edirik.

1989-cu ildə yaradılmış təşkilatımız indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olur.

Azərbaycanlılar bir vaxtlar mütləq əksəriyyəti təşkil etdikləri Ermənistandan tamamilə qovulublar. Onların indiki Ermənistan ərazisindəki tarixi və mədəni irsi, o cümlədən məscidləri və qəbiristanlıqlar kütləvi miqyasda dağıdılıb.

Ermənistan hökuməti azərbaycanlı maddi və qeyri-maddi mədəni irsini bilavasitə hərəkətləri ilə və azərbaycanlılara qarşı etnik ayrı-seçkiliyi təşviq edən təbliğat aparmaqla dağıdıb və ya ona zərər vurub. Dağıntı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən əvvəl, onun zamanı və ondan sonrakı dövrdə baş verib. Ermənistandakı azərbaycanlı mədəni irsinin demək olar ki, hamısı hərbi əməliyyatların təsiri olmadan, əvvəlcədən planlaşdırılmış şəkildə məhv edilib.

Başqa sözlə, Azərbaycan mədəni irsinin məhv edilməsinin hərəkətverici qüvvəsi Ermənistan hökumətinin mono-etnik və tək-mədəniyyətli məkanın yaradılmasına yönəlmiş sistematik irqi ayrı-seçkilik siyasəti olmuşdur və təəssüf ki, bu mənfur hədəfləri reallığa çevrilib.

Ermənistanın azərbaycanlıların mədəni irsinə qarşı törətdiyi qanunsuzluqlara irs nümunələrinin mənimsənilməsi və təhrif edilməsi də daxildir. Ermənistanda salamat qalmış yeganə məscid olan paytaxt İrəvandakı Göy Məscid qəsdən yanlış şəkildə “fars məscidi” kimi təqdim edilir.
Əslində, məscidi inşa edən və əsrlər boyu orada ibadət edənlər o vaxt şəhərdə mütləq əksəriyyəti təşkil etmiş azərbaycanlılar olublar. Üstəlik, məscidi bir etnik qrupa aid olaraq təqdim etməklə ibadət yerlərini etnik mənsubiyyətə görə bölməyən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanları birləşdirən dinimizə qarşı hörmətsizlikdir.

Ermənistan hökuməti orada Azərbaycan mədəniyyətinin son izlərini silməkdə davam edir. İrəvan şəhərinin Təpəbaşı məhəlləsi şəhərin tarixi mərkəzinin bu günə qədər gəlib çatmış yeganə parçasıdır. Bu məhəllə XVII əsrdən bu günə qədər İrəvanın tarixi yaddaşını özündə saxlayır. Tarixən azərbaycanlıların məskunlaşdığı Təpəbaşı məhəlləsi indi məhv olmaq təhlükəsi altındadır. Ermənistan hakimiyyət orqanları məhəlləni tamamilə sökmək üzrədir.

Ermənistanın ayrı-seçkilik və etnik təmizlik siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə də dağıdıcı təsir göstərib.

Məsələn, Ermənistanın Göyçə mahalında azərbaycanlılara qarşı apardığı etnik təmizləmə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan aşıq sənətinin dayağı olan Göyçə aşıq məktəbinə sağalmaz yara vurub. Ermənistan hökuməti hətta Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin doğma Göyçədəki abidəsini və məzarını nümayişkaranə şəkildə dağıdıb.

Ermənistan tərəfindən azərbaycanlı mədəni irsinin dağıdılması və zədələnməsi bizim mədəni hüquqlarımızı, xüsusən mədəni irslə təmasda olmaq və ondan istifadə etmək hüququmuzu pozur. Bu hüququn pozulması sabitliyə, ictimai birliyə və mədəni kimliyə təhlükə yaradır və regional təhlükəsizliyi ağırlaşdıran amil olaraq dialoq, sülh və barışığa ciddi maneə törədir. 
Biz Ermənistandan qovulmuş azərbaycanlıların Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində tanınan hüquq və əsas azadlıqlara uyğun olaraq sülh yolu ilə təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmaları, qayıtdıqdan sonra kollektiv və fərdi hüquqlarının təmin edilməsi uğrunda mübarizə aparırıq. Bu, digər məsələlərlə yanaşı, Ermənistandan oradakı azərbaycanlı mədəni irsinin və mülkiyyətinin bərpası, mühafizəsi və saxlanması ilə bağlı beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməsini tələb edir.

Mədəni irsin qorunması təkcə beynəlxalq humanitar hüququn deyil, həm də Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qəbul edilən əsas hüquqlarının təmin edilməsindən irəli gələn tələbdir. Mədəni irsdən bəhrələnmək qovulmuş insanların ləyaqətlə qayıtması yanaşmasının əsas elementlərindəndir. Mədəni hüquqların, yəni bütün müxtəlifliyi ilə insan yaradıcılığının və onun həyata keçirilməsi, inkişaf etdirilməsi, əlçatan edilməsi, qorunub saxlanılması və mühafizəsi üçün şəraitin təmin edilməsi bizim əsas hüquqlarımızın ayrılmaz bir hissəsidir.

Ermənistan bizim qayıdışımızdan əvvəl, qayıdış dövründə və sonra bu hüququmuzu təmin etmək üçün öhdəlik daşıyır.

Bütün bunları nəzərə alaraq, biz mədəni irsimizin bərpası və qorunmasında UNESCO-nun dəstəyini xahiş edirik. Bu ölkədəki azərbaycanlı mədəni irsinin vəziyyətini, habelə mədəni irsin və mədəni hüquqların qorunması ilə bağlı Ermənistanın beynəlxalq öhdəliklərinə necə əməl etməsini qiymətləndirmək üçün bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi bütövlükdə bəşəriyyətin mədəni irsinə dəyən zərərin aradan qaldırılmasına və bununla da davamlı sülhün əldə edilməsinə əvəzsiz töhfə olardı.

Təşkilatımız Ermənistanda azərbaycanlı mədəni irsinin qiymətləndirilməsi, bərpası, saxlanılması və mühafizəsi, Ermənistandan qovulmuş azərbaycanlıların öz mədəni irsindən istifadə etməyə dair mədəni hüquqlarının təmin edilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsində UNESCO ilə əməkdaşlığa hazırdır”.
Qeyd edək ki, müraciətin surəti BMT-nin İnsan Hüquqları Şurasının sədri Zati-aliləri cənab Vatslav Balekə və BMT-nin mədəni hüquqlar sahəsində xüsusi məruzəçisi xanım Aleksandra Xantakiyə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Epşteynin Rusiya kəşfiyyatı ilə əlaqələri ÜZƏ ÇIXDI – Məşhurları “bal tələsi”nə necə salıb? – FOTO

Epşteynin Rusiya kəşfiyyatı ilə əlaqələri ÜZƏ ÇIXDI – Məşhurları “bal tələsi”nə necə salıb? – FOTO

Mikayılovu əvəzləyən şəxs bu məşhurun oğludur – FOTO

Mikayılovu əvəzləyən şəxs bu məşhurun oğludur – FOTO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım – FOTO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım – FOTO

Norveç parlamenti monarxiyanın saxlanılmasına səs verdi

Norveç parlamenti monarxiyanın saxlanılmasına səs verdi

Gələn ildən Çin avtomobillərində bunlar olmayacaq – YENİ QADAĞA

Gələn ildən Çin avtomobillərində bunlar olmayacaq – YENİ QADAĞA

Ermənistan vətəndaşlarının məhkəməsi bu tarixdə DAVAM ETDİRİLƏCƏK

Ermənistan vətəndaşlarının məhkəməsi bu tarixdə DAVAM ETDİRİLƏCƏK

Şəfahət İmranovun yerinə - O təyin edildi

Şəfahət İmranovun yerinə - O təyin edildi

Rusiyanın hücum planı İFLASA UĞRADI – Ukrayna müharibəsində GÖZLƏNİLMƏZ YENİLİK

Rusiyanın hücum planı İFLASA UĞRADI – Ukrayna müharibəsində GÖZLƏNİLMƏZ YENİLİK

Nazir direktoru işdən çıxardı - FOTO

Nazir direktoru işdən çıxardı - FOTO

Qusarda böyük OBYEKT yandı: Hostel, kafe, avtoyuma...

Qusarda böyük OBYEKT yandı: Hostel, kafe, avtoyuma...

Eks-icra başçısının oğlundan Rumıniyada 40 villa alması xəbərlərinə REAKSİYA

Eks-icra başçısının oğlundan Rumıniyada 40 villa alması xəbərlərinə REAKSİYA

“Qarabağ”ın rəqibi kapitanı ilə YOLLARINI AYIRDI

“Qarabağ”ın rəqibi kapitanı ilə YOLLARINI AYIRDI

İspaniya 16 yaşdan aşağı uşaqlara sosial şəbəkələri qadağan edəcək

İspaniya 16 yaşdan aşağı uşaqlara sosial şəbəkələri qadağan edəcək

Bakıda evdə YANĞIN – YENİLƏNİB/VİDEO

Bakıda evdə YANĞIN – YENİLƏNİB/VİDEO

Əhaliyə şad xəbər: 700 mindən çox vətəndaşın maaşı artacaq

Əhaliyə şad xəbər: 700 mindən çox vətəndaşın maaşı artacaq

Ermənistan enerji sistemini Azərbaycanla sinxronlaşdırmaq istəyir?

Ermənistan enerji sistemini Azərbaycanla sinxronlaşdırmaq istəyir?

Prezident Əbu-Dabidə “Sülh Qalxanı - 2026” təlimini izlədi – FOTO

Prezident Əbu-Dabidə “Sülh Qalxanı - 2026” təlimini izlədi – FOTO

TƏCİLİ! — Uçuşlar ləğv olundu, xeyli sayda Azərbaycan vətəndaşı aeroportda qaldı

TƏCİLİ! — Uçuşlar ləğv olundu, xeyli sayda Azərbaycan vətəndaşı aeroportda qaldı

7 ölkənin parçalanması planı AKTİVLƏŞDİRİLİR – Tarixi görüş öncəsi kritik ÜÇ GÜN

7 ölkənin parçalanması planı AKTİVLƏŞDİRİLİR – Tarixi görüş öncəsi kritik ÜÇ GÜN

Paytaxtda nə qədər ağac aşıb? - FOTO

Paytaxtda nə qədər ağac aşıb? - FOTO

Evə pəncərədən daxil olub qızılları oğurladı, mağazaya aparıb satdı – ANBAAN VİDEO

Evə pəncərədən daxil olub qızılları oğurladı, mağazaya aparıb satdı – ANBAAN VİDEO

Şabran məktəbliləri arasında İNSİDENT – Döyülən şagirdin burnu sınıb

Şabran məktəbliləri arasında İNSİDENT – Döyülən şagirdin burnu sınıb

Roman Bağdasaryan: “Postsovet ölkələri çoxdan suveren olub, Kreml bunu dərk etməyib”

Roman Bağdasaryan: “Postsovet ölkələri çoxdan suveren olub, Kreml bunu dərk etməyib”

Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr – SİYAHI

Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr – SİYAHI

End of content

No more pages to load

RADİO