Bu gün Bakıda "Qarabağ" və "Qalatasaray" komandaları arasında xeyriyyə matçı keçiriləcək.
Bizim.Media xəbər verir ki, qarşılaşma saat 20:00-da Bakı Olumpiya Stadionunda başlayacaq.
Oyunu FIFA referisi Əliyar Ağayev idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
VAR hakimləri isə Cavid Cəlilov və Müslüm Əliyev olacaqlar.
Görüşdən əldə olunacaq gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Bizim.Media