Açıq-saçıq paylaşımları ilə tənqid obyektinə çevrilən “Miss Azərbaycan-2019” gözəllik müsabiqəsinin qalibi model Səmra Hüseynova son paylaşımı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında atasının görüntülərini paylaşan model atasının hər zaman ona dəstək olduğunu bildirib:
“Dünyanın ən yaxşı atası! Heç zaman duasını əksiltmədi və mənə güvəndi. İşim üçün ancaq dua etdi.
Dedi ki, əgər mən səni xoşbəxt edə bilmirəmsə, işin edirsə, neynək, əlbəttə başarılı ol. Allahım, işlərimi, atamın duasını əksik etmə. Sevirəm səni, ata. Heç bir ata istəməz övladı gülməsin”.
Bizim.Media