Güney azərbaycanlılar Brüsseldə aksiya KEÇİRİR - VİDEO

Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada yaşayan Güney Azərbaycan türklərinin iştirakı ilə “Azadlıq və ədalət yürüşü” adlı mitinq keçirilir.

Bizim.Media Cənubi Azərbaycan Milli Müqavimət Təşkilatından verilən məlumata istinadən xəbər verir ki, aksiyanın əsas şüarı “Azadlıq, ədalət və milli hökumət”dir.

Qeyd olunub ki, hazırda Güney Azərbaycanda da əsas şüar məhz budur:

"Bizim bütün tələblərimizi bu şüar əhatə edir. Azadlıq, ədalət və təbii ki, milli hökumət, milli hakimiyyətimizin yenidən təsis olunması millətimizin əsas istəyidir ki, Brüsseldə keçiriləcək mitinqdə elə bu tələblə çıxış edəcəyik.

Mitinqə Cənubi Azərbaycanda, Şimali Azərbaycanda, Türk ölkələrində, Avropada yaşayan minlərlə soydaşımız qatılıb".

Təşkilatdan bildirilib ki, bu mitinqin əsas məqsədi İran dövlətinin repressiv, anti-Azərbaycan, anti-türk siyasətini, yurd içində Azərbaycan türklərini, qaşqay və Xorasan türklərini, türkmən qardaşlarımızı, ümumiyyətlə, bütün türk toplumlarını hər mənada təzyiq altına almasına etiraz etməkdir.

Eləcə də İranın Şimali Azərbaycana qarşı təhdidkar, düşməncə siyasətinə etiraz məqsədi daşıyır. İran açıq şəkildə Azərbaycanı müharibə ilə təhdid edir, Ermənistanı öz qırmızı xətti elan edib. Azərbaycan-Türkiyə birliyinin qarşısında strateji İran-Ermənistan birliyi qurub. Bunların hamısı bizim etirazlarımıza səbəb olub. Güney Azərbaycan türkləri olaraq bunları qəbul edə bilmərik.
"Aylardır İrandakı iğtişaşlar, o cümlədən Cənubi Azərbaycan və qaşqay türklərinin etirazları İran dövləti tərəfindən çox qanlı şəkildə yatırılır. Yüzlərlə vətəndaşımız həyatını itirib, yüzlərlə, bəlkə minlərlə yaralı və həbs olunan var.

Təbii ki, vətəndaşlarımızın da etiraz səslərini dünyaya, o cümlədən Avropa ictimaiyyətinə çatdırmaq bu mitinqin hədəfləri sırasındadır. Bunların hamısı mitinqin bəyanatına və tələblərinə də daxil edilib", - Cənubi Azərbaycan Milli Müqavimət Təşkilatından vurğulanıb.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI

Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI

Tramp Avropadan Rusiya ilə bağlı bunu TƏLƏB ETDİ

Tramp Avropadan Rusiya ilə bağlı bunu TƏLƏB ETDİ

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Xabi Alonsonun rəqabət PLANI

Xabi Alonsonun rəqabət PLANI

Tovuzda evdən kişi meyiti TAPILDI

Tovuzda evdən kişi meyiti TAPILDI

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

Nikahlarına Prezident qatıldı - VİDEO

Nikahlarına Prezident qatıldı - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

End of content

No more pages to load

RADİO