Sevgililər Günü ərəfəsində efirə gedən proqramında: "Hamının sevgilisi var, bir mənim yoxdur" deyən İbrahim Tatlısesin özündən 43 yaş kiçik sevgilisi Gülçin Karakaya ilə yeni fotosu yayılıb.
Bizim.Media xəbər verir ki, İbrahim Tatlısesin köməkçisi və sevgilisi olan Gülçün Karakaya sosial media hesabından Bodruma gedərəkən çəkdikləri şəkillərini paylaşaraq "Biz yenə yollarda" yazıb.
Qeyd edək ki, 69 yaşlı İbrahim Tatlısesin özündən 43 yaş kiçik olan Gülçin Karakaya ilə eşq macərası ötən ilin yay aylarında başlayıb.
İbrahim Tatlısesin 7 övladı və 9 nəvəsi var.
Bizim.Media