"SEPAH üzvləri arasında İran rejiminə qarşı çıxanların sayı günü-gündən artır" - RƏY

"SEPAH (İran İnqilab Keşikçiləri Qvardiyası) üzvlərinin arasında İran rejiminə qarşı çıxanların sayı günü-gündən artır".

Bizim.Media xəbər verir ki, bu fikirləri report.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İranın Azərbaycana qarşı daha bir təxribatı iflasa uğradı – VİDEO


Onun sözlərinə görə, İranda İslam dininin siyasi alətə çevrilməsi, onun bir qrup rejim üzvü tərəfindən xalqı istismar etmək üçün vasitə kimi istifadə etməsi haqlı olaraq qonşu ölkənin vətəndaşları arasında böyük və kütləvi narazılıqlara səbəb olur:

"Artıq aylardır ki, xalqın haqlı tələbləri və etirazları İran mollakratiyası tərəfindən göz ardı edilir. Mömin insanlar din adı altında siyasi şantaja məruz qalaraq adi insani haqlarını əldə edə bilmirlər. Hələ bu azmış kimi təqiblərə, ən müxtəlif və ağlasığmaz işgəncələrə məruz qalırlar.
Ona görə də hazırda İranda olduqca ciddi vətəndaş-mollakratiya qarşıdurması var və nə qədər ki, İran hakimiyyəti öz xalqına rifah, azad düşüncə, adi insan hüquqları təmin etməyəcək bir o qədər də bu qarşıdurma daha da dərinləşəcək".

Deputat vurğulayıb ki, hazırda iş o yerə gəlib çatıb ki, İranda islam dəyərlərini və inqilabını qoruma ilə mükəlləf olan SEPAH (İran İnqilabı Keşikçiləri Qvardiyası) da rejimin törətdiyi qanunsuzluqlardan və cinayətlərdən zinhara gəliblər:

"Onlar da başa düşür ki, SEPAH-ın vəzifəsi həqiqi teokratik hakimiyyəti qorumaq olsa da bu gün teokratiya adı altında bir qrup mollakratiya İranın bütün sərvətlərini talayır, İran xalqı sanksiyaların dərin məhrumiyyətləri içərisində yaşamağa məhkum edilir.
Ona görə də SEPAH üzvlərinin arasında da İran rejiminə qarşı çıxanların sayı günü-gündən artır.

Belə vəziyyətdə qarşımızdakı mərhələdə İranın ən etibarlı mühafizləri sayılan SEPAH da bu qəddar və antiislam və antimüsəlman rejimi qorumaqdan imtina edəcəklər.

Elə İran mollakratiyasının Azərbaycana olan münasibətinə baxmaqla bu rejimin islam düşməni olmasını çox aydın görmək olar.

Müsəlman dini mirasını barbarcasına məhv edən Ermənistana İranın necə dəstək verməsi də bunun bariz göstəricilərindən biridir.

Belə olanda SEPAH da, İran xalqı da bu rejimdən xilas olmaq üçün əlindən gələni edəcək" .




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaşayış binasında PARTLAYIŞ - Ölənlər var

Yaşayış binasında PARTLAYIŞ - Ölənlər var

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ

20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

KİV: İsrail ABŞ-İran danışıqlarında iştirak etmir

KİV: İsrail ABŞ-İran danışıqlarında iştirak etmir

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

End of content

No more pages to load

RADİO