"Neftçi" yayda bir neçə futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, "ağ-qaralar"ın yeni mövsüm üçün heyətdə düşünmədiyi futbolçulardan biri Rəhman Hacıyevdir.
29 yaşlı futbolçunun başqa komandaya icarəyə göndərilməsi də mümkündür.
Çünki futbolçunun "Neftçi" ilə müqaviləsi 2024-cü il mayın 31- də başa çatacaq.
Qeyd edək ki, Rəhman Hacıyevin digər klublarda icarə ilə oynamaq təcrübəsi var. Belə ki, o, “Keşlə” və “Şamaxı”da icarə müqaviləsi ilə çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media