“Zirə”nin fransalı futbolçusu Hamidu Keyta komandanı tərk edə bilər.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi ilə Rusiyanın bir neçə klubu maraqlanır.
Keytanın “Zirə” ilə müqaviləsi bu mövsümün sonunda başa çatır. Klub hazırda Keyta ilə müqavilənin uzadılması üçün onunla danışıqlar aparır.
Danışıqların nəticəsi yarımmüdafiəçinin digər təklifləri dəyərləndirməsindən asılı olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media