2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 3,7 faiz azalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ümumilikdə, qeyd olunan müddət ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 646,5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz azalıb.
Bizim.Media