Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində aprelin 10-11-də “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr forumu keçiriləcək.
Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Məlumata görə, forum Heydər Əliyev Mərkəzində baş tutacaq.
Forumda iştirak üçün nazirliyin rəsmi internet resursu olan “culture.gov.az” saytında yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür.
Onlayn qeydiyyat aprelin 3-dək davam edəcək.
Bizim.Media