Müğənni Elton Hüseynəliyev "ATV maqazin onlarla" verilişinin qonağı olub. O, qalmaqal yaşadığı xalq artisti Röya Ayxan ilə münasibətindən söz açıb.
Bizim.Media xəbər verir ki, müğənni Röya Ayxan ilə küsülülüyə son qoyduğunu vurğulayıb:
"Bir vaxtlar problem olmuşdu. Röya Ayxan kinli insan deyil, gözəl sənətkardır. Allah yolunu açıq etsin, balasını saxlasın.
Onunla bir toy mərasimində qarşılaşdıq, dedi ki, Elton Hüseynəliyev məni təqdim eləsin. Onu təqdim elədim, barışdıq, görüşdük".
Xatırladaq ki, Röya Ayxan və Elton Hüseynəliyev arasında bir müddət əvvəl qalmaqal yaşanıb. Toyların birində hər iki müğənni arasında mübahisə baş verib.
Bizim.Media