Paşinyanın saxta anti-Rusiya OYUNLARI - “The Economist” nəşri Ermənistanı İFŞA ETDİ

Dünyaca nüfuzlu “The Economist” nəşri hərbi, iqtisadi müstəvidə Rusiyadan asılılığı olan ölkələrin siyahısını tərtib edib. Hazırlanan “Rusiyanın dostları” adlı araşdırmada rast gəldiyimiz adlar isə diqqət çəkib. Təxmin edildiyi kimi, ilk pilləni Belarus tutub. Ermənistan isə siyahıda ikinci pillədə qərarlaşıb.

Qərbyönümlü hesab olunan Nikol Paşinyan iqtidarı dönəmində Ermənistanın Rusiyaya bu qədər yaxın ölkə kimi dəyərləndirilməsi isə diqqət çəkməyə bilməz.

Xüsusilə də, Ermənistandan gələn “Rusiyadan uzaqlaşma” çağırışları fonunda...

Məlum olduğu kimi, Nikol Paşinyan 2018-ci ildə Serj Sarkisyan hakimiyyətini istefaya məcbur edərək Ermənistana rəhbərlik etməyə başladı. Elə həmin vaxtdan etibarən, Paşinyanın Qərbin küləyi ilə İrəvan taxtına sürükləndiyi bildirilirdi.

Təbii ki, sonrakı proseslər bu reallığı ortaya qoydu. Çünki Nikol Qərbdən güclü dəstək almaqla, Ermənistanda 20 il iqtidarda olmuş “Qarabağ klanı”nın təzyiqlərinə rəğmən hakimiyyətini qorumağı bacardı.
Son aylarda isə Ermənistanda Rusiyadan uzaqlaşma meyilləri aydın hiss olunmağa başlayıb. Kütləvi etirazlarda Rusiyanın pislənməsi, rəsmilərin açıqlamalarından KTMT-dən çıxmaq arzusunun dilə gətirilməsi də bunun göstəricisidir.

Bu, aysberqin görünən tərəfi.

Ancaq dünyaca nüfuzlu “The Economist” yenə də Ermənistanı Rusiyanın dostu kimi təqdim edirsə, deməli bunun da bəlli səbəbləri var. Xüsusən də, iqtisadi əməkdaşlıq kontekstindən məsələyə yanaşsaq, bu yaxınlığın nə dərəcədə güclü olduğunu daha aydın görə bilərik. 

Məsələn, Ermənistanın enerji təminatında Rusiyanın roluna nəzər salaq. Bu ölkənin təbii qaz ehtiyacının 70 faizə yaxını məhz Rusiya tərəfindən qarşılanır. Özü də Rusiya qazı Ermənistana simvolik qiymətlə, min kubmetri 165 dollara satılır. Bu rəqəm dünya bazarlarında qazın qiyməti 2000 dolları aşdığı vaxtlarda belə dəyişməyib.
Digər tərəfdən, Ukraynada müharibənin başlamasından sonra Rusiya-Ermənistan iqtisadi əlaqələri də ciddi inkişaf edib. Belə ki, Ermənistan Miqrasiya Xidmətinin məlumatına görə, təkcə 2022-ci ilin birinci yarısında ölkəyə 372 086 Rusiya vətəndaşı gəlib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. 

Bundan əlavə, 2022-ci iilin ilk on ayda Ermənistana xaricdən 2,8 milyard dollar pul köçürülüb ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur. Həmin məbləğin böyük qismi də məhz Rusiyadan transfert edilib.

İqtisadi yaxınlıqla yanaşı, hərbi tərəfdaşlığı da unutmaq olmaz.

Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası, eyni zamanda, Ermənistan sərhədlərinin Rusiya FSB-si tərəfindən qorunması, bu ölkənin silah arsenalının əsasını Rusiya istehsalı məhsulların təşkil etdiyini xatırlatmaq yetərlidir.
Göründüyü kimi, Ermənistan hər nə qədər siyasi müstəvidə Rusiyaya qarşı oynasa da, rəqəmlər əksini göstərir. Yəni, Paşinyan iqtidarı faktiki olaraq ikili oynamaqdadır. Bəlkə də, bu səbəbdən Qərb mətbuatının öncüllərindən olan “The Economist” Ermənistanın əsl mahiyyətini üzə çıxarmaq ehtiyacı görüb.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu günə qədər bağışlaya-bağışlaya gəlmişik – Qurban Qurbanov

Bu günə qədər bağışlaya-bağışlaya gəlmişik – Qurban Qurbanov

ABŞ və İsrailin hücumları nəticəsində İranda təxminən 3500 insan ölüb

ABŞ və İsrailin hücumları nəticəsində İranda təxminən 3500 insan ölüb

Dünyada kürənlərin sayı artır – Səbəb

Dünyada kürənlərin sayı artır – Səbəb

“Özlərini elə aparırdılar ki...” - Zamiq seriallar barədə

“Özlərini elə aparırdılar ki...” - Zamiq seriallar barədə

Apreldə həyatları dəyişəcək BÜRCLƏR

Apreldə həyatları dəyişəcək BÜRCLƏR

Azərbaycan Almaniyaya nə qədər neft ixrac edib? - RƏQƏMLƏR

Azərbaycan Almaniyaya nə qədər neft ixrac edib? - RƏQƏMLƏR

Korovinin qızının toyuna “Bakılı oğlanlar”dan kimlər gəldi? - VİDEO

Korovinin qızının toyuna “Bakılı oğlanlar”dan kimlər gəldi? - VİDEO

Qurban Qurbanovun cəzalandırdığı Elvin və Abbas tribunadan matça baxdılar - FOTO

Qurban Qurbanovun cəzalandırdığı Elvin və Abbas tribunadan matça baxdılar - FOTO

Kiyevdəki atışma TERROR AKTI kimi qiymətləndirildi

Kiyevdəki atışma TERROR AKTI kimi qiymətləndirildi

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə REAKSİYA

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə REAKSİYA

Vado Korovin toyda qızı ilə belə RƏQS ETDİ - VİDEO

Vado Korovin toyda qızı ilə belə RƏQS ETDİ - VİDEO

Hörmüz boğazı İranın nəzarəti altındadır

Hörmüz boğazı İranın nəzarəti altındadır

Tramp MÜŞAVİRƏ KEÇİRİR: Hörmüz boğazındakı vəziyyətə görə...

Tramp MÜŞAVİRƏ KEÇİRİR: Hörmüz boğazındakı vəziyyətə görə...

Kəmaləddin Heydərov ilk dəfə yeni müavinlərlə bir arada – FOTO

Kəmaləddin Heydərov ilk dəfə yeni müavinlərlə bir arada – FOTO

Hörmüz boğazı NƏ VAXTADƏK bağlı qalacaq?

Hörmüz boğazı NƏ VAXTADƏK bağlı qalacaq?

İsrail: Bir neçə "Hizbullah" döyüşçüsü öldürülüb

İsrail: Bir neçə "Hizbullah" döyüşçüsü öldürülüb

Tramp: İran bir az mehribanlaşıb

Tramp: İran bir az mehribanlaşıb

Sumqayıtda futbol oynayan gənc dünyasını dəyişdi

Sumqayıtda futbol oynayan gənc dünyasını dəyişdi

Vado Korovin qızına təntənəli TOY ETDİ - VİDEO

Vado Korovin qızına təntənəli TOY ETDİ - VİDEO

Nazir türkmənistanlı həmkarı Rəşid Meredov ilə görüşüb

Nazir türkmənistanlı həmkarı Rəşid Meredov ilə görüşüb

Hörmüz boğazından yalnız BU GƏMİLƏRİN keçməsinə üstünlük veriləcək

Hörmüz boğazından yalnız BU GƏMİLƏRİN keçməsinə üstünlük veriləcək

ABŞ-da TORNADO: şəhərlər darmadağın olub

ABŞ-da TORNADO: şəhərlər darmadağın olub

Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə etdilər – FOTO

Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə etdilər – FOTO

Millimiz Andorranı məğlub etdi

Millimiz Andorranı məğlub etdi

End of content

No more pages to load

RADİO