Ermənistanın müdafiə naziri Suren Papikyan məxfi sərəncam imzalayıb. Sərəncamda hərbçilərə “Arsax respublikası” ifadəsini işlətmək qadağan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Hraparak” qəzeti Ermənistan Müdafiə Nazirliyindəki bir neçə yüksək rütbəli mənbəyə istinadən yayıb.
Nəşr yazır ki, əvəzində “Lernayin Qarabağ” – “Dağlıq Qarabağ” ifadələrini işlətmək və yazmaq əmr edilib.
Görünür, Qarabağda yaşayan ermənilərin reinteqrasiyası üçün ilk addım atılıb. Yəqin bu ifadə də yaxın gələcəkdə "Azərbaycanın Qarabağ iqtisadi rayonu" ilə əvəz ediləcək.
Bizim.Media