İranda internet məhdudlaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Guney AZfront" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saat 09:56-dan etibarən ölkə ərazisində internetin təchizatında geniş fasilə yaranıb.
Bəzi internet provayderlərində yalnız daxili saytlar açılıb, digər hallarda isə bu saytlara da giriş çətinləşib.
Bizim.Media