İranda, Xorrəmabad şəhər zindanında daha 4 məhkum edam edilib.
Bizim.Media “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, bu barədə informasiyanı insan haqları təşkilatları yayıb.
Mənbə yazır ki, məhbuslar narkotik maddələrin alverində günahlandırılır.
Edamlar barədə İran məhkəməsi və rəsmi dövlət mediası açıqlama verməyib.
Qeyd edək ki, bu ilin 65 günü ərzində İran həbsxanalarında 113 məhkum edam edilib və bu, son 8 ilin ən yüksək göstəricisidir.
Bizim.Media