Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında ölkənin müdafiə naziri Suren Papikyanın bahalı mənzil almasını şərh edərkən yeni mənzil almaq planlarını açıqlayıb.
“Artıq bir ildir ki, mənzil almaq üçün evimi satmaq istəyirəm, amma köhnəsini sata bilmirəm. Aşota (oğlu - red.) ümid edirəm, amma o da sata bilməz...”, deyə o, şikayət edib.
Bizim.Media xəbər verir ki, Ermənistan baş nazirinin sözlərinə görə, o, özü də ipoteka ilə mənzil almaq istəyir və Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts və deputat Trdat Sarkisyan kimi müdafiə naziri Suren Papikyanın da 168 min dollara ev almasında biabırçı heç nə görmür.
Paşinyan hətta jurnalistlərdən güzəştli gəlir vergisinin qaytarılması proqramı çərçivəsində ipoteka alıb-almadıqlarını soruşub:
“Mənə deyin, haradan alırsınız, bəlkə mən də oradan alacağam”, deyə o, zarafat edib.
Bizim.Media