Türkiyədə bu sabah 3 zəlzələ qeydə alınıb. İlk zəlzələ Malatyada yerli vaxtla saat 05.27-də baş verib. Zəlzələnin gücü 3.9 bal olub.
Bizim.Media “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə informasiyanı Kandilli rəsədxanası yayıb.
İkinci 4.7 ballıq zəlzələ saat 09.47-də Kahramanmaraşın Karadut-Goksun rayonunda qeydə alınıb.
Üçüncü zəlzələ yenə Karamanmaraşda olub. Elbistan rayonunda baş verən zəlzələ 4,8 bal gücündə olub.
Bizim.Media