"Qarabağ"ın "Qalatasaray"la keçirəcəyi yoldaşlıq oyununun vaxtı dəqiqləşib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, qarşılaşma martın 26-da Bakıda baş tutacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək.
"Qarabağ" - "Qalatasaray" görüşündən əldə olunacaq gəlir Türkiyədə baş vermiş zəlzələnin qurbanlarına bağışalanacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media