Türkiyə Supeliqasının 25-ci turunda səfərdə "Konyaspor"un qonağı olacaq "Qalatasaray" oyuna itki ilə çıxacaq.
Bizim.Media "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Dris Mertens Konya səfərində komandaya kömək edə bilməyəcək.
Belçikalı hücumçunun dizində zədəsi var.
"Konyaspor" - "Qalatasaray" qarşılaşması martın 17-də keçiriləcək
Qeyd edək ki, 35 yaşlı Mertens bu mövsümdə "cim bom"un heyətində meydana çıxdığı 22 rəsmi matçda 6 qol vurub, 3 qol ötürməsi edib.
Bizim.Media