Gürcüstan ölkənin müdafiə qabiliyyətini artırmaq üçün xarici ölkələrdən xeyli silah alıb.
Bizim.Media xarici KİV-və istinadən xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze yerli televiziyalara müsahibəsində məlumat verib.
O bildirib ki, bu il də silah alışı ilə bağlı bir sıra müqavilələr imzalanıb:
“Gürcüstan ölkənin müdafiə qabiliyyətinin artırılması və silahlanma istiqamətində çox uğurlu addımlar atıb. Artıq silah alınması ilə bağlı İspaniya, Polşa, İsveç şirkətləri ilə müqavilələr imzalanıb. Bu işlər bundan sonra da davam etdiriləcək”.
Bizim.Media