Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumu ilə bağlı yeni görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, kadrlar "İTV" kanalının sosial şəbəkə hesabında paylaşılıb.
Videoda cinayətkarın hücumu törətdikdən sonra avtomatı necə yerə qoyması, əvvəllər İran polisinə silahı götürmək işarəsi verdiyi göstərilir.
Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı səfirliyimizin bir əməkdaşı hiəlak olub, iki nəfər yaralanıb.
Bizim.Media